Əriştə plovu

Sintaktik üsulla yaranmış xörək adıdır. Resepti belədir: düyünü bir az qaynadandan sonra pilov əriştəni artırırlar. Bunu süzüb dəmə qoyanda ona qovrulmuş ət parçaları, soğan, kişmiş, xurma əlavə edərlər. Sonra bir lay düyü, bir lay da bu ərzaqlardan töküb sonra düyünü dəmə qoyurlar. (28, 311) Təbriz mətbəxində bu xörək növünə daha çox üstünlük verilir. Mürəkkəb quruluşa malik bu xörək adının birinci komponentində işlənən söz Türkiyə türkcəsində erişte, Azərbaycan türkcəsində əriştə, başqırd türkcəsində tokmas, qazax türkcəsində kespe, qırğız türkcəsində kesme, özbək türkcəsində üqra, üqri aş, tatar türkcəsində tukmac, türkmən türkcəsində üpaş, uyğur türkcəsində çöp (33, 220-221) formalarında işlənir.
Əriştə aşı
Əriştə şiləsi
OBASTAN VİKİ
Əriştə
Əriştə — undan (məsələn, buğda, düyü və ya qarabaşaq unundan) hazırlanan әrzaq (xәmir mәhsulu). Əriştə hazırlamaqdan ötrü xәmiri kündәlәyir, oxlovla yuxayayanda nazik lavaş kimi yayıb, sonra üst-üstә qatlayıb zolaq (dilim) şәklindә kәsirlәr. Əriştə müxtəlif ölkələrin mətbəxlərinin (məsələn, Çin, İtaliya və s.) vacib hissəsidir. Azәrbaycanda əriştədәn müxtәlif xörәklәr: әriştәli isti duru xörәk, әriştәaşı, әriştәçilov, әriştәplov vә s. hazırlanır. Əriştәaşı bişirmәk üçün әvvәlcәdәn Əriştə kәsilib qurudulur vә sacda qovrulur, sonra qaynar suda bişirilib aşsüzәndәn keçirilir, yağ töküb dәmә qoyulur. Əriştәaşına müxtәlif xuruş da әlavә edilir. Anadoluda qışlıq yemək olaraq istehlak edilər. Şorbasından makaronuna qədər bir çox şəkildə istehlak edilər. Əriştənin yazılı mənbələrində ən erkən qeydi Şərqi Han dövrünə (b.e.